ABŞ Taliban mövqelərinə zərbələr endirib

ABŞ Hərbi Hava Qüvvələri son 24-48 saat ərzində Əfqanıstanda Taliban mövqelərinə aviazərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Con Kirbi deyib.
O bildirib ki, bu cür dəstək 31 avqusta qədər davam etdiriləcək.
Kirbi əlavə edib ki, əfqan ordusunun taliblərlə mübarizə aparmağa gücü yetəri qədərdir.