Böyük güclərin «iqlim silahı» — yeni reallıq və gizli plan
Türkiyədki yanğınlarda bu silah vasitəsi ilə törədildiyi deyilir…
Son illərdə iqlim dəyişikliyi və qlobal istiləşmə nəticəsində dünyada anomal istilər qeydə alınmaqdadır. Bu istilər artıq çoxsaylı insan itkisi ilə müşaiyət olunur. Misal üçün Kanada üçün xarakterik olmayan anomal istilər keçməsi nəticəsində iki minə yaxın insan həyatını itirib.
Digər tərəfdən isə anomal istilər nəticəsində dünyanı meşə yanğınları cənginə alıb. Meşə yanğınlaır nəticəsində də təkcə ölkələrin iqtisadiyyatına, insan itkisinə deyil, eyni zamanda flora və faunasında da ciddi ziyan dəyməkdədir. Avropada, Türkiyədə, Rusiyada baş verən yanğınlar isə insanlarda başqa bir düşüncəni ortaya qoymaqdadır. Baş verən bu iqlim dəyişiklikləri sünu surətdə yaradılır və böyük güclər bundan öz məqsədləri üçün istifadə edir. Artıq ekspertlər son illərdə iqlim dəyişikliyi və təbiətdə kataklizmlər yaratmaq məqəsədi ilə “iqlim silahı” vasitəsi ilə həyata keçirildiyini iddia edirlər. Son illərdə dağıdıcı və ölümcül təbii fəlakətlər məhz məhz “iqlim silahı” hesabına törədilir. Təsəvvür edin 50 dərəcədən yuxarı tempraturu olan Ərəbistan yarımadasında leysanlar və ya qar yağır. Kanada, Sibirdə anomal istilər, bunun ardınca meşə yanğınları, Sakit okean ölkələrində sunamilər baş verir və sair.
Bu günlərdə “Komsomolskaya pravda” qəzetində də “İqlim silahı” fəaliyyətdədir: ABŞ Rusiyaya necə istilik göndərə bilər, Rusiya da öz növbəsində qasırğa necə cavab verir?” başlıqlı bir yazı gedib. Həmin məqalədə də iqlim silahından istifadə əksini tapıb.
“Ölkə.Az” olaraq indi dünyanın iqlim silahının tətbiqi ilə bağlı ən müxtəlif mövqe sərgiləyən mütəxəssislərin, alimlərin, ekspertlərin mövqelərini təqdim edirik.
ABŞ Anomal Təbiət Araşdırmalar Mərkəzinin rəhbəri Donald Bayrdın fikrincə, insanlar baş verən hadisələrin səbəbini izah edə bilməyəndə, belə fikirlər ortaya atırlar: “Mən istisna etmirəm ki, insanların təbiətə etdiyi hörmətsizlik nəticəsində elə təbiət tərəfindən cəzalandırılır və onlardan qisasını alır. Bununla belə alimlər öz maraqları çərçivəsində iqlim dəyişikliklərini öyrənmək üçün belə praktikada istifadə edirlər. Və nəticədə “iqlim silahı” mifologiyası da ortaya çıxır”.
Rusiyalı professor-geofizik Yuriy Tamançev isə hesab edir ki, iqlim silahı ilə bağlı deyilənlərin hamısı konspirologiyadır. Onun fikrincə, hələ insan o səviyyəyə çatmayıb ki, təbiət proseslərinə ciddi təsir etsin.
Böyük Britaniyalı alim, anomal iqlim laboratoriyasının rəhbəri Harri Krouford isə hesab edir ki, artıq dəhşətli sunamiləri, ynağınları, sel daşqınlarını qeyri-adi hadisə deyil: “Bu yeni reallıqdır və insanlar buna öyrənməlidir”.
Akademik-radiofizik Nikolay Levaşov isə bildirib ki, bu gün Rusiyadakı hadisələr “iqlim silahı”nın müdaxiləsi nəticəsində baş verir: “Amerikalılar “iqlim silahı”ndan Rusiyaya qarşı dəfələrlə istifadə edib. Xüsusən də 2003-cü ildə Avropada süni istilik yaradılıb. Bununla da Fransa və digər Avropa Birliyi ölkələrini ABŞ-dan GMO məhsulları almağa vadar ediblər”.
Rusiyanın Eli-Tədqiqat İnstitutunun anomal klimat laboratoriyasının direktoru, professor Andrey Volkov bildirib ki, amerikalılar Alyaskadakı çox böyük peçi (qiqant mikrovolnovka) olan HAARP kompleksinin şüalarını dünyanın istənilən nöqtəsinə yönləndirib, orada istənilən təbiət kataklizmi yarada bilirlər. “Amerikalılar bu təcrübəsinə görə isə susurlar. Rusiya sputnikləri dəfələrlə Alyaskadakı güclü şüalanmanı qeydə alıb. Laboratoriyalarımızın hesablamalarına görə, HAARP-ın geofiziki silah olduğunu düşünürük. Məhz onun hesabına təbii fəlakətlər- yanğınlar, sunamilər, zəlzələlər, seldaşqınları yaratmaq olur”- o qeyd edib.
Radiofizik Yuriy Tokarev bildirib ki, HAARP-dan hərbi sahədə istifadə edilməsi üçün 11 qaydası var. Onlar ionosferı qızdırmaq yolu ilə süni iqlim dəyişikliklərinə nail olurlar.
Son 20 ildə dünya iqlim sahəsini öyrənən alimlərinin diskussiyasında ABŞ-ın HAARP kompleksi müzakirə olunmasın. Həmin HAARP-ın ionosferin elektromaqnit şüalandırılması müzakirə predmeti olur. Məhz HAARP vasitəsi ilə Rusiya və digər ölkələrdə xoşagəlməyən hadisələr törədilib. Odur ki, HAARP anomal təbitə dəyişikliyini yaratmaq üçün ən böyük silah hesab edilir. Gizli “Philips” laboratoriyası HAARP vasitəsi ilə iqlim dəyişiklərini öyrənir. Bu laboratoriya ABŞ-ın Nyu-Meksika ştatındakı Hərbi-Hava Qüvvələrinin bazasında yerləşir.
Ameriaklı geofizik alim Bernard İstlund bildirib ki, Alyaskadakı HAARP sisteminin şüaları vasitəsi ilə təkcə istənilən rabitə xəttini deyil, eyni zamanda raket, təyyarə və sputnikləri məhv etmək olur. Ona görə də həmin şüalar vasitəsi ilə iqlim fəlakətləri törətmək mümkündür. Hətta ölümcül günəş şüası yaratmaq mümkündür.
Kanadanın Ottava Universitetinin professoru Mişel Çosudovskinin dediyinə görə, o HAARP-ın proqramından xəbərdardır və artıq iqlim dəyişikliyini yaradacaq texnologiya işlənib hazırlanıb.
Rusiya Müdafiə nazirliyinin istefada olan polkovniki Vladislav Sokolov-Yaçin isə bildirib ki, ABŞ HAARP ilə olaraq paket hücumundan müdafiə məqsədi ilə yaradıb. Ancaq sonradan ondan həm də iqlim dəyişikliyi üçün istifadə etməyə başlayıb.
Qeorgi Vasilyev isə bildirib ki, Alyaskadakı HAARP-ın şüalarının gücü 3600 Kv-dəki, bu da dünyada ionosferə təsir edən ən gücül qurğudur.
Bir çox ekspertlər hesab edir ki, 1997-ci ildən HAARP-ın tikintisinin bitməsindən sonra dünyada bir sıra təbii kataklizmləri baş verib. Bunun ən dəhşətlisi və dağıdıcısı 2004-cü ildə Sumarta sahillərində 300 min insanın ölümünə səbəb olan sunamidir.
Bu qurğular vasitəsi ilə güclü leysanlar, dolu, qatı duman yaratmaq mümkündür.
Odur ki, alimlər bu il dünyanın bir çox yerlərində baş verən təbii fəlakətlər, xüsusən də Avropda, Türkiyədə, Rusiyadakı sel daşqınları, yanğınlar məhz bu qurğular vasitəsi ilə törədilməsini ehtimal edirlər. Bu yolla dünya gücləri öz niyyətlərini digər ölkələrə diktə edirlər. Baxmayaraq ki, BMT 1978-ci ildə iqlim silahının yaradılmasını qadağan edən qətnamə qəbul edib.
Artıq ekspertlər yaxın gələcəkdə “iqlim müharibələri”nin şahidlik edəcəyimizi də istisna etmirlər.
Onu da qeyd edək ki, belə bir qurğu ABŞ-da deyil, həm də Rusiyada mövcuddur. Rusiyadakı “Sura” qurğusu hələ SSRİ dövründə Nijniy Novqord yaxınlığındakı poliqonda yerləşir.
Amerikalılar da Rusiyanı iqlim dəyişikliyi ilə bağlı ekspermentlərdə iştirakını iddia edirlər. “Sura” qurğusu da güclü antenn qurğulardan biri hesab olunur.
Amerikalılar bildirib ki, Rusiya “Sura” vasitəsi ilə ABŞ ərazilərində fırtınalar, güclü yağışlar və yanğınlar törədiblər. Amerikalı məşhur alim Skot Stiven Rusiyanı “Sura” vasitəsi ilə Amerika sahillərində dağıdıcı “Katrina” fırtınası yaradıb. Bundan başqa ölümcü “Xavri” fırtınasının da Rusiya tərəfindən törədildiyi iddia edilir.
Məşhur iqlimşünas Qabriel Konner daha irəli gedərək bəyan edib ki, Amerikada baş verən təbii fəlakətlərin Rusiyanın iqlimdəyişici kompleksləri olan “Annotasiya” və “Potop” vasitəsi ilə həyata keçirilir. Onun firkincə, bu, Rusiya tərəfinin 2017-ci ildə keçirdiyi hərbi təlimlər zamanı aşkar edilib.
Mənbə: Ölkə.Az