08.09.2024

Düşmən mövqelərimizi yenidən atəşə tutdu

İyulun 19-u saat 20:50-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri Ermənistan ərazisindən müxtəlif çaplı silahlardan yenidən atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb, məlumatda deyilir ki, qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: