Azərbaycan-Türkiyə arasında Hərbi Dialoq
Cümə axşamı Bakıda «Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası» öz işinə başlayıb.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilir, hərbi və müdafiə sahəsində inkişaf perspektivləri və əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilir.
İclasın Azərbaycandan həmsədri müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyədən isə Baş Qərargahın ikinci rəisi general-leytenant Selçuk Bayraktaroğludur.(BBC)