Ermənistan sərhəddəki vəziyyət ilə bağlı Rusiyanın təkliflərini qəbul edib
Ermənistan Rusiyanın Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin nizamlanması ilə bağlı təkliflərini özü üçün məqbul hesab edir.
Trend-in «TASS»a istinadən verdiyi məlumata görə, bunu Ermənistanın baş nazirinin müavini vəzifəsini icra edən Mqer Qriqoryan deyib.
M.Qriqoryan bildirib: «Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin nizamlanması ilə bağlı Rusiyanın təklifləri Ermənistan üçün məqbuldur. Ermənistan tərəfi mayın 19-u mövqeyini rusiyalı həmkarlarına yazılı şəkildə təqdim edib».
Xatırladaq ki, Rusiya Xarici işlər naziri Sergey Lavrov Tacikistan Xarici işlər naziri Sirociddin Muhriddin ilə keçirdiyi mətbuat konfransında Rusiyanın Azərbaycanla Ermənistan arasındakı sərhədin demarkasiyası üçün birgə komissiyanın yaradılmasını təklif etdiyini bildirmişdi.