28.05.2024

Ermənistanda tarixçinin dili çaşdı, həqiqəti səsləndirdi – ŞƏRH

Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası Ermənistanda əməlli-başlı həyəcan yaradıb.

Azərbaycanın SSRİ zamanındakı sərhədlərinə geri qayıtması Ermənistanda əlavə müzakirələrə yol açıb və tarixçi Avetik Harutyunyan isə sualları cavablandırarkən özünü əməlli başlı dolaşığa salıb.

O, Azərbaycanın 1918-ci ilin mayın 28-də elan edilmiş və 1920-ci ilin aprelin 28-nə qədər mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu bildirmək istəyir, hərçənd burada tarixləri də qarışdırır.

Bildirir ki, Azərbaycan Azərbaycan SSR-in varisi deyilsə, o zaman necə sovet sərhədlərinə qayıda bilər?

Burada isə özünü lap gülünc duruma salır. Birincisi, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir.

İkincisi, deyəsən, bu tarixçi yaddan çıxarır ki, İrəvan özü 1918-i ildə Ermənistana verilib.

Tarixçinin məntiqi bunu deyir ki, Azərbaycanın İrəvanı geri qaytarması onun hüququdur.

Bəlkə də dili dolaşıb, çaşıb, amma nəticədə həqiqəti səsləndirib.

Dərin emosional və intellektual böhran məngənəsində boğulan Ermənistanda Azərbaycan SSR-in sərhədlərini tanımırsa, o zaman AXC sərhədləri üzərindən danışıqlara başlamalı olduğu fikri tirajlanır.

Bu zaman isə nəinki İrəvan, bütövlükdə qədim Zəngəzur mahalı gərək Azərbaycana qeyd-şərtsiz verilsin.

Ən azından Harutyunyanın tezislərindən bunu başa düşmək mümkündür.

Harutyunyan şüuraltındakı kodları açır, Azərbaycanın tarixi torpaqlarını geri qaytarmaq üçün fürsət yarandığını deyir.

Əhsən sənə, Harutyunyan.
Oxu.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: