21.11.2024

“Həmas” Tel-Əvivə raket zərbələri endirdi

“Həmas” hərəkatının silahlı qanadı olan “Əl-Qəssam briqadası” Tel-Əvivə onlarla raket atdıqlarını açıqlayıb.

Veteran.az Azvision.az-a istinadən xəbər verir ki, «Həmas»ın açıqlamasına görə, bununla İsrailin Qəzza zolağında yerləşən qaçqın düşərgəsinə etdiyi hava hücumuna cavab verilib.

Polisin yaydığı məlumata əsasən, iki raket Tel-Əvivin ətrafına düşüb və əraziyə zərər vurub. Polis əməkdaşları hadisə yerində işləyirlər. İlkin məlumatlara görə, zərbələr nəticəsində bir nəfər ölüb.

Bundan əlavə, “Əl-Qəssam briqadası» sərhəd yaxınlığındakı İsrail əsgərlərinə hücum etdiklərini bildirib. Bu məqsədlə partlayıcı vasitə quraşdırılan drondan istifadə olunub.

Qeyd edək ki, İsrailin paytaxtı Tel-Əviv şəhərində Qəzza zolağından endirilən ardıcıl raket hücumları ilə əlaqədar həyəcan siqnalı verilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: