28.03.2024

Böyük alilm Əmin Abid Gültəkin

Bu gün həm də onun günüdür. Məbud deyib tapındığı üç rəngli bayraq naminə özünü fəda etmiş böyük şair və böyük alilm Əmin Abid Gültəkinin-Əhmədov Əmin Mütəllib oğlunun (1898-1938) günü.

Sən bizimsən, bizimsən durduqca bədəndə can, 
Yaşa — yaşa çox yaşa, ey şanlı Azərbaycan!

Məhəmməd Əmin Rəsulzadə Amerikanın Səsi radiosunda 28 may 1953-cü ildə İstiqlaliyyət Günü münasibətilə bizim millətə müraciətində bu sözləri səsləndirmişdi. Amma onların müəllifi Məhəmməd Əmin deyil. Şeir Stalin repressiylarının qurbanI Əmin Abid Gültəkin tərəfindən 28 may 1919-cu ildə yazılmışdır:

Sən bizimsən, bizimsən durduqca bədəndə can, 
Əvət könüllər coşdu bir sevincin gücüylə 
İstiqlal sevinciylə, istiqlal sevinciylə…

İstiqlal, o yaşayan millətin qəlbində can, 
İstiqlal, o səadət, həyat, zəfər, şərəf, şan.

İstiqlal, o sönməyən müəbbəd bir məşalə 
Könüllərdə tutuşur, gözlərdə sönsə belə!

İstiqlal, o vətənın köksündən yüksələn ay. 
İstiqlal, o sümükdən, qandan yapılmış saray.

İstiqlal, o millətin parçalanan bağrından 
Gəlinlərin, qızların, axan göz yaşlarından

Doğmuş pək mübarək, pək müqəddəs bir “İlah”dır, 
Hansı bir erkək onu düşmənlərə qapdırır?

Anaların saçından hördüyü bir bayrağı 
Hansı erkək çıxıb edəcək baş aşağı?!

Sən bizimsən, bizimsən durduqca bədəndə can, 
Yaşa — yaşa çox yaşa, ey şanlı Azərbaycan!

(Fb-Ordan burdan)

P.S. Biz hələ də istiqlalçı şairləri deyil, kommunizmə nökərçilik etmiş kommunist şairlərin zir-zibillərini dərsliklərə salıb təbliğ edirik.

BÖYÜK AZƏRBAYCAN ŞAİRİ ƏMİN ABİD GÜLTƏKİN
BÖYÜK AZƏRBAYCAN ŞAİRİ ƏMİN ABİD GÜLTƏKİN
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: