HƏZRƏTİ İBRAHİMİN TÜRKCƏ DANIŞDIĞINI HƏZRƏTİ MƏHƏMMƏD PEYĞƏMBƏR DƏ TƏSDİQ EDİR…

Tarıyel Azərtürk

Türk tədqiqatçısı Halit Durucan “Hz. Muhammed Türk mü? Arap mı? Hz. Muhammed Nereliydi?” adlı məqaləsində yazır:

“Bir gün Peyğəmbərimiz əshabı oturarkən, məlum olmayan bir dillə “Nə gözəl üzüm” — dedi. Səhabə anlamayaraq, “Ya Məhəmməd, ərəb dilində danış” — dedi.

Uca Peyğəmbər:

“Dayanın, mən köküm olan Həzrət İbrahimin dili ilə danışıram. Ərəb məndən, amma mən ərəb deyiləm” — deyə cavab verdi”. (http://www.makalemarketi.com)

*************************

Hz. Peyğəmbərin bu sözlərinə fikri verin:
«Dayanın, mən köküm olan Həzrət İbrahimin dili ilə danışıram.»

Mən deyəndə ki, Şumer olmayıb, o xalq özünü TÜRK adlandırıb və TÜRK dilində danışıb, və Şumeriya deyilən Babildə doğulub, özü də TÜRKCƏ danışıb. Hz. İbrahim UR şəhərində dünyaya gəlib və bütün balalarının adları türkcədir, mənə inanmırlar.

***********************************

Şəkildə — Soldan Hz. İbrahim,
Sağda — Hz. Məhəmməd — onun portretinin tarixçəsindən:

«Hz. Peyğəmbər Bizans hökmdarına məktub göndərir. Məktub gələndən sonra Bizans imperatoru daim rəqabətdə olduğu türklərlə oxşar inanc yayan şəxsi görmək istəyir. Lakin onun şəxsən getmək imkanı olmadığı üçün bir neçə şəxsi gizlin olaraq Məkkəyə göndərir və peyğəmbərin rəsmini çəkdirib gətizdirir. (Ehtimal edilir bu rəsmdir) Rəsm hazırda Vatikanda qapalı arxivdə mühafizə altında saxlanılır.»

Mənbə: http://news.lent.az/news/210483 (güman edilən rəsm üçün də bu adresə baxa bilərsiniz).

İnformasiya AMEA-nın əməkdaşı Zaur Əliyevdən alınmadır.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •