Xanlar Vəliyev yenidən Hərbi prokuror vəzifəsinə təyin edildi

Xanlar Vəliyev yenidən Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib.

Veteran.az xəbər verir ki, məlumatı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidməti təsdiq edib.

Qeyd edək ki, Vəliyev Xanlar Rüstəm oğlu Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra prokurorluq orqanlarına təyinat alaraq, müxtəlif məsul vəzifələrdə, o cümlədən, Azərbaycan Respublikası Baş prokurorunun müavini vəzifəsində qulluq keçib.

Prezident İlham Əliyevin 10 fevral 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib və hazıradək həmin vəzifədə qulluğunu davam etdirir.

Prezidentin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni, 28 sentyabr 2018-ci il tarixli sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə” medal və digər medallarla təltif edilib.

Prezidentin 18 mart 2015-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adına layiq görülüb.

Prokurorluğun fəxri işçisi X.R.Vəliyev ədliyyə general-leytenantı hərbi rütbəsindədir. Hüquq üzrə fəlsəfə doktorudur. O, müxtəlif məzmunlu məqalələrin, elmi əsərlərin, monoqrafiyaların, kitabların və dərs vəsaitlərinin müəllifidir.

AVMVİB Rəhbərliyi çox minlik veteranlar ordusu adından general leytenant Xanlar Vəliyevi təbrik edir və fəaliyyətində müvəffəqiyyətlər arzulayır.

Təbrik edirik!

AVMVİB Mətbuat Xidməti

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •