Göygöl şəhər Notariusu müharibə əlilini belə aldatdı

Redaksiyaya yazılı müraciət edən II qrup müharibə əlili, AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov bu dəfə özü məmur özbaşınalığından zərər çəkib.

Natiq Həsənovun bildirdiyinə görə, o, vəsiyyətnamə əsasında anasından qalma mülkü adıma keçirtmək üçün müraciət etdiyim zaman vəsiyyətnamənin vaxtı keçdiyini deyib məhkəməyə müraciət etməyimi məsləhət bildi. Hüquqşünaslar vəsiyyətnamə üzrə tək varis olduğumu nəzərə alıb buna ehtiyac olmadığını desələr də Azərbaycan Respublikası Ədliyyə nazirliyi Göygöl rayon Notarius ofisinin notariusu A. Eyvazov məhkəmə qərarının mütləqliyini dedi. Məhkəmə qərarı aldıqdan sonra isə guya mənə «canıyananlıq göstərdiyini deyib» sonra problem olmasın deyə bir ərizə yazdırdı. Dedi ki, bu işin xeyrinədir. Mən anamın payının adıma keçirilməsini tələb etdiyimi görüb dedi ki, digər payçılara heç nə verməyəcəyini yaz. Məhkəmənin qərarında aşkar yazılıb ki, Vəsiyyətnamənin müddəti uzadılsın…

Lakin məni aldatmaq yolu tutmasının sən demə öz səbəbləri varmış. Bacımgillə danışıqlara gedən notariusun sən demə iştahası pis deyilmiş. Mənə valideynlərimdən qalma bu yolla iddiaçı yaradıb əlavə pul qopardığını araşdırdım. Ona görə də sizin saytınız vasitəsiylə Azərbaycan Respublikası Ədliyyə naziri cənab F. Məmmədoiva müraciət edirəm. Qoy Göygöl notariusu A. Eyvazovun Vəsiyyətnamədə ikinci iddiaçı olmamasını, məhkəmə qərarını nəzərə almadan bir müharibə əlilini aldadaraq kömək etmək adıyla ərizə yazdırmaqda hansı məqsəd güddüyünü və əlaqədə olduğu qohumlarımdan nəyə görə rüşvət alması faktını araşdırsın! Çünki mən öz müraciətimdə mənə verilən payın öz adıma keçirilməsini istəmişəm və bu gün də bunu tələb edirəm.

II qrup müharibə əlili Natiq Həsənov Göygöl rayon notariusu A. Eyvazovun bu işdə mənə qarşı etdiyi dələduzluq əməlinin, həmçinin qohumlarımdan bu iş müqabiilində rüşvət alması faktı Ədliyyə nazirliyi və Qeydiyyat və notariat baş idarəsi tərəfindən ciddi surətdə araşdırılacağını, mənim pozulmuş hüququmun bərpasına yardımçı olacaqlarına inandığını bildirdi.

Mövzuya qayıdacağıq…

Müəllif: Elnur SƏLİM

Xəbərə aid digər fotolar

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •