Ermənistanın dəmiryollarını idarə edən Rusiya şirkəti yerli dəmiryolçuları Rusiyadan dəvət olunanlarla əvəzləyib

İşsiz qalan maşinistlər bunu Ermənistanın təhlükəsizliyi üçün təhdid hesab edir və bununla bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinə müraciət ediblər

Ermənistanın ikinci şəhəri – Gümri Laokomotiv Deposunun işçiləri Milli Təhlükəsizlik Xidmətinə, prokurorluğa və polisə müraciət ediblər. Onlar bu addımı işə gəlib onların əvəzinə Rusiyadan dəvət olunan maşinistlərin işlədiyini gördükdən sonra atıblar.

“Cənubi Qafqaz dəmiryolları” “Rusiya Dəmiryolları” şirkətinin 100 faizlik törəmə şirkətidir. 2008-ci ildə Ermənistan hökuməti “Ermənistan dəmiryolları” dövlət qapalı səhmdar cəmiyyətinin 30 il müddətinə “Rusiya dəmiyolları” şirkətinin idarəçiliyinə verilməsi haqda konsessiya müqaviləsi imzalayıb.

Konsessiya müqaviləsi dövlət əmlakı olan müəssisənin investor vəsaiti hesabına rekonstruksiyasınınəzərdə tutur. İnvestor şirkət müəssisəni istismar etmək imkanı və dövlətə vergi ödəyərək gəlir əldə etmək imkanı əldə edir.

Erməni dəmiryolçuların işdən kənarlaşdırılması haqda onlara əvvəlcədən heç bir məlumat verilməyib. Rusiyalı həmkarları isə, yerli maşinistlərin sözlərinə görə, Ermənistana gələndən dərhal sonra iş başına keçiblər. Onlar sınaq müddəti keçməyiblər, hətta texnika və ərazi ilə də tanış olmayıblar.

Nə baş verib? Təfərrüatlar

Ermənistanın “Haykakan jamanak” (Ermənistan vaxtı) internet nəşrinin verdiyi məlumata görə, noyabrın 19-da səhər dəmiryolu işçiləri adətən olduğu kimi işə gəliblər. Amma məlum olub ki, Rusiyadan olan maşinistlər reysə çıxıb. Ermənistanlı dəmiryolçulara qatarları idarə etməyə sadəcə icazə verilməyib.

“Bizim oğlanlara deyiblər ki, siz ehtiyata gedirsiz, qatarları ruslar sürəcək. Biz heç bir xəbərdarlıq almamışıq. Elə indi bizim reysimiz var, amma mən gəlmişəm və görürəm ki, adımın qarşısında “Öz hesabına istirahət” yazılıb. Amma səbəbini deyən olmadı. Məni “istirahətə” göndəriblər, mənim yerinə isə rus işləyir”, – erməni maşinistlərdən biri bildirib.

Yerli işçilər hesab edirlər ki, Rusiya şirkətinin əməlləri Ermənistanın milli təhlükəsizliyinə qarşı yönəlib. Onlar güc strukturlarıına göndərdikləri məktubda rusiyalı maşinistllərin şəxsi məlumatlarının, o cümlədən də Ermənistan ərazisində qatar idarə etmək səlahiyyətlərinin olub-olmadığının yoxlanılmasını xahiş ediblər.

“Onlar bunu “təcrübə mübadiləsi” adlandırıb, rusları bizim yerlərimizə qoyublar. Onlar demək olar ki, təyyarədən düşən kimi iş başına keçiblər. Onlar nə qatarlarla, nə də marşrutla, heç nə ilə tanış deyillər”, – maşinistlərdən biri bildirib.

Yeri gəlmişkən, rusiyalı maşinistlərin idarə etdikləri qatarlar artıq sıradan çıxıb. Yerlilərin söözlərinə görə, bu, məhz dəvət olunan mütəxəssislərin bu cür qatarları idarə edə bilməməsi üzündən baş verib.r

Mümkün səbəblər – maşinistlərin versiyaları

Erməni maşinistlər əmindirlər ki, bu “əvəzləmə” onların oktyabrda keçirdiyi üç günlük tətillə bağlıdır. o zaman onlar əməkhaqlarının 30 faiz qaldırılmasını tələb edirdilər.

“O zaman biz onları, necə deyərlər, pis vəziyyətə qoyduq, indi də onlar bizə belə cavab verməyə çalışırlar. Biz onlardan soruşduq, niyə belə etdiklərini, onlar da dedilər ki, yaxşı eləyirik”, – maşinistlərdən biri “Haykakan jamanak” nəşrinin jurnalistinə bildirib.

22 oktyabrdan etibarən dəmiryolu işçilərinin elan etdiyi tətilə görə bütün qatarların hərəkəti, o cümlədən də neft məhsullarının və buğdanın daşınması tam dayanmışdı. Ermənistan bu məhsulları ixrac edir və daşınmada yaranan fasilələr ciddi cərimələrə səbəb ola bilər. Buna görə də tətilin üçüncü günü dəmiryolu rəhbərliyi dəmiryolçularla görüşdü və güzəştlərə getməli oldu.

Görüşdən sonra “Cənubi Qafqaz Dəmiryolları” şirkəti məəlumat yayıb. Məlumatda deyilir ki, yük və sərnişin daşımalarının həcmi 2019-cu ilin doqquz ayı müddətində yük və sərnişin daşımalarının həcmi əhəmiyyətli dərəcədə artıb və bu, maşinistlərin əməkhaqlarını orta hesabla 19 faiz artırmağa imkan verir.

Həmçinin 2019-ci il noyabrın 1-dən bütün əməkdaşların əməkhaqlarının 10 faiz indeksləşdirilməsi üzrənormotiv akt hazırlamaq qərara alınıb.

Eyni məlumatda deyilir ki, 2019-cu ildə maşinistlərin əməkhaqları artıq artırılıb və 354 min dram (740 dollara yaxın) təşkil edir. Lokomotiv maşinistlərinin əməkhaqlarının Ermənistanda mövcud olan orta aylıq əməkhaqqı ilə nisbəti isə 198,6 faiz təşkil edir, yəni dəmiryolçulara demək olar ki, iki dəfə daha artıq maaş verilir.

Bundan sonra nə olacaq?

Hələlik maşinistlər qrafik üzrə işə getməyə davam edəcəklər. Onların əllərində hələlik işdən kənarlaşdırıldıqları haqda yazılı xəbərdarlıq yoxdur.

Maşinistlər işdən kənarlaşdırılmalarının səbəbi ilə bağlı onlara heç bir izahat verilməməsindən narazıdırlar. Onlar rusiyalı maşinistlərin onların əvəzinə qatarları sürmələrinə imkan verməmək üçün hətta ən son addımlara – ailələri, uşaqları ilə birlikdə dəmiryolu xətləri üzərində oturmağa da hazır olduqlarını bildiriblər.

Rusiya şirkəti ilə münasibətlər gərginləşib

“Cənubi Qafqaz Dəmiryolları” şirkətinə qarşı cinayət işi qaldırılıb. Şirkətin ofisində bu ilin avqustunda vergidən yayınma şübhəsi ilə axtarış aparılıb. Ermənistanın İstintaq Komitəsi şirkətdə üzə çıxan pozuntuları gizlətdiyi ittihamı ilə nəqliyyat nazirinin keçmiş müavininə qarşı da cinayət işi açıb

İstintaq Komitəsi son 10 il ərzində şirkətin fəaliyyətinin yoxlanılmasını davam etdirir. Müqaviləsi üzrə vəd edilmiş investisoyaların səmərəliliyinin yoxlanılmasına xüsusi diqqət yetirilir. Şirkətin sööz verdiyi investisiyaların ümumi həcmi 572 milyon dollar təşkil edir.

Bütün bunların yaranmış vəziyyətdə öz rolunu oynadığı mümkündür. Nə dəmiryolu şirkətindən, nə də Ermənistan hakimiyyətindən rəsmi məlumat və izahat hələlik yoxdur./Jamnews|

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share