20.04.2024

Bakıda erməni mahnısı səsləndirən şəxs saxlanıldı — Video

Xəbər verildiyi kimi bir neçə gün öncə sosial şəbəkələrdə Bakının küçələrində şəxsi avtomillərində gəzən və çəkiliş edən ermənilər barədə məlumat dolaşıb.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Bizimyol.info-ya bildirib ki, təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə sosial şəbəkələrdə avtomobilin içərisində erməni mahnısı səsləndirən şəxsin kimliyi müəyyən olunaraq saxlanılıb.

O qeyd edib ki, faktla bağlı müvafiq olaraq araşdırmalar aparılır, təfərrüatları öyrənilir: “Araşdırma aparılır, istintaq gedir. Əlavə məlumat veriləcək”.

Bizimyol.info

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: