DİFAİ — 1000 NƏFƏRLİK ANTİTERROR TƏŞKİLATI

Döyüş drujinaları millətin düşmənlərinə qan uddururdu…

Ə. Ağayev müstəsna olmaqla Bakıdakı MK üzvlərinin «Difai»də iştirakı kifayət qədər formal xarakter daşıyırdı, çünki partiyanın əsas fəaliyyəti Bakının hüdudlarından kənarda cərəyan edirdi.

Qısa müddətdə o, Azərbaycanın qərb qəzalarını — Şuşa, Zəngəzur, Qaryagin, Cavanşir qəzalarını və Gəncə şəhərini əhatə edir.

Difainin üzvlərinin ümumi sayı 1000 nəfərdən çox olmuşdur. Təşkilatın yerli (qəza) komitələrinə 7-15 nəfər daxil idi. Təxminən eyni sayda (6 nəfərdən 17 nəfərə qədər) təbliğatçı olurdu.

Bundan əlavə hər bir komitənin döyüş drujinası vardı. Belə drujinalardan ən böyüyünün say tərkibi Şuşa drujinası idi. Şuşa döyüş drujinası 400 nəfərdən ibarət idi.

O biri komitələrdə döyüşçülərin sayı 50 nəfərdən 100 nəfərə qədər idi.

Beləliklə, 1917-ci ilə qədər «Difai» istər say tərkibinə görə, istərsə də kütlələrə təsir qüvvəsinə görə, Azərbaycanın ən böyük təşkilatı idi./Difai təşkilatı/

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share