Ölkə üzrə pensiyalar BU TARİXDƏ VERİLƏCƏK

Respublika üzrə pensiyaların ödənilməsi yanvar ayının 17-si tarixinə nəzərdə tutulub.

Veteran.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat yayıb.

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.

Qeyd edək ki, ümumi əsaslarla pensiya təyin olunmuş pensiyaçılara ötən il verilən maddi yardımın (200 manat) hər aya düşən məbləği də bu ilin əvvəlindən onların pensiyalarına əlavə edilib və yanvar ayının pensiyaları həmin artımlarla birgə ödənilir.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: