29.03.2024

Bakı Hərbi Məhkəməsinə müvəqqəti sədr təyin edildi

Bakı Hərbi Məhkəməsinə müvəqqəti sədr təyin edilib.

Veteran.az xəbər verir ki, sədr vəzifəsinin icrası hakim Zeynal Ağayevə həvalə olunub.

Qeyd edək ki, Zeynal Ağayev bir neçə gün əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Hərbi Məhkəməsinin hakimi təyin olunub.

Zeynal Ağayev bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub. Bu təyinata kimi həmin məhkəmənin sədri vəzifəsini müvəqqəti icra edib.//apa.az/

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: