18.04.2024

Azərbaycan Ordusunda nümunəvi tabor taktiki təlimi keçirilib

2022-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda nümunəvi tabor taktiki təlimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Real döyüş şəraitinə uyğunlaşdırılmış təlimin planına uyğun olaraq əldə edilən kəşfiyyat məlumatına əsasən şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyənləşdirilib.

Mümkün təxribatın qarşısını almaq məqsədilə daimi dislokasiya məntəqəsini tərk edən tabor cəmləşmə rayonu istiqamətində hərəkət edib və şərti düşməni zərərsizləşdirərək ilkin tapşırığı müvəffəqiyyətlə yerinə yetirib.

Növbəti mərhələdə müşahidə postları qurulub və bölmələr tərəfindən yaşayış məntəqələrində axtarış əməliyyatları icra olunub.

Təlimin keçirilməsində əsas məqsəd taborun döyüşə hazırolma vəziyyətinə gətirilməsi zamanı qərargah fəaliyyəti ilə bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirmək, eləcə də komandirlərin döyüşü idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaqdır.

Yüksək peşəkarlıqla görülən fəaliyyətlər nəticəsində təlimdə qarşıya qoyulmuş bütün məqsədlərə nail olunub.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: