16.04.2024

Avropa Parlamenti Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsinə çağırıb

Avropa Parlamentinin (AP) üzvləri Avropa Komissiyası və Aİ Şurasını Ukraynaya dəstəyi gücləndirməyə və onun Aİ üzvlüyünə namizəd statusunu təmin etməyə çağırıblar.

Bu barədə çərşənbə günü Avropa Parlamentinin plenar iclasında qəbul edilmiş Aİ-nin xarici və müdafiə siyasətinin dəyişdirilməsi ilə bağlı qətnamədə deyilir.

Bundan əlavə, parlamentarilər Avropa ölkələrini Ukraynaya lazım olan silahları dərhal verməyə, habelə maliyyə və humanitar yardımı artırmağa, eləcə də hərbi əməliyyatlar başa çatdıqdan sonra ölkənin yenidən qurulmasına maksimum töhfə verməyə hazır olmağa səsləyilər.

Həmçinin, qətnamə müəllifləri Ukraynanın bərpası və təzminat məqsədilə dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi üçün hüquqi mexanizm yaratmağı təklif ediblər.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: