28.03.2024

“Vətən Müharibəsi Qəhrəmanı”, Şəhidimiz XTQ baş giziri Mehrab Niftəliyevin doğum günüdür

Bu gün “Vətən Müharibəsi Qəhrəmanı”, Şəhidimiz XTQ baş giziri Mehrab Niftəliyevin doğum günüdür.


Niftəliyev Mehrab Söhrab oğlu 13.05.1985-ci ildə Quba rayonu, Qam-qam kəndində anadan olub. O 2016-cı ilin Aprel döyüşlərində rəşadətlə döyüşüb. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə igidlik və mərdlik göstərərək 08.11.2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. 


Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib.


Şəhidimiz ailəli idi. Ləman, Sənan və Kamran adlı övladları Vətənə əmanətdir.


O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və «Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


CƏNNƏTDƏKİ YAŞIN MÜBARƏK,
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Mənbə: Oxu24.com

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: