AVMVİB öz emblemini dəyişdi

Faktla bağlı AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanova müraciət etdik.

Vahid Abdurəhmanov bildirdi ki, 25-ci ilimizi tam yeni bir emblemlə qarşılamağı qərara aldıq. Doğrusu, bir çox döyüş dostlarımız köhnə emblemin dəyişdirilməsi təklifləri vermişdilər. Bir çox variantlar içindən təqdim etdiyimiz variantı seçdik. AVMVİB İdarə Heyətinin üzvləri yekdilliklə bu varianta üstünlük verdiyinə görə qərarı yerinə yetirməliyik. Bu gündən etibarən AVMVİB-nin yeni emblemi saytımızda yayılan formada olacaq. Vəsiqələrə gəlincə isə, narahatlığa əsas yoxdur. Köhnə embləmlə olan vəsiqələr qüvvədədir və vaxtı bitən vəsiqələr dəyişdiriləcək. Daha bir məlumatı da çatdırım ki, bu il AVMVİB üzvlərinin və vəsiqələrinin elektron bazasının yaradılmaı, vəsiqələrdə QR kodlarının qoyulması üzərində işləyirik. Emblemin işlənib hazırlanmasında əməyi olan hər kəsə AVMVİB adından öz minnətdarlığımızı bildirirəm!

Beləliklə, AVMVİB-nin yeni emblemini veteranlarımıza təqdim edirik.


AVMVİB-in yeni emblemi

Uğurlu olsun!

AVMVİB Mətbuat Xidməti

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •