21.11.2024

HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsi Vətən müharibəsi günlərində «orduya dəstək» kompaniyası çərçivəsində veteranlarla birgə olmuş Samir Abdullayevi Fəxri fərmanla təltif edib.

Bu barədə AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov məlumat verib.

Elmar Hüseynov bildirib ki, Rusiyada yaşayan, əslən Gədəbəy rayonunun Söyüdlü kəndindən olan iş adamı Samir Vaqif oğlu Abdullayev «Orduya dəstək» kampaniyası vaxtı Azərbaycan Ordusuna böyük dəstək verib. AVMVİB bizimlə və ordumuzla birgə olan insanların etdiyi xoş niyyətli əməlləri heç zaman unutmur.

Mərasimdə AVMVİB sədri Füzuli Rzaquliyev və AVMVİB sədrinin müavini İslam Səfərov iştirak ediblər.

Təbrik edirik!

Nurlan Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: