01.07.2025

Vətən Müharibəsi iştirakçısı Avropa üçüncüsü oldu

Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatında çıxış edən Əfqan Xalaşov bürünc medal qazanıb.

Bakupost.az xəbər verir ki, 57 kq-da mübarizə aparan idmançımız üçüncü yer uğrunda görüşdə belaruslu Aryan Tsiutrinə qalib gəlib.

Qeyd edək ki, Xalaşov həm də Vətən Müharibəsi iştirakçısıdır.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: