Veteranlar Selçuk Bayraktarla görüşdülər
Bir xalqın sevgisini qazanmış Bakıda səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarla hərb yönümlü ictimai birliklərin təmsilçiləri və ehtiyyatda olan hərbçilər görüşüblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev məlumat verib.
Görüşdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, ehtiyyartda olan general leytenant Yaşar Aydəmirov və digər şəxslər iştirak ediblər.
AVMVİB sədri Füzuli Rzaquliyev müharibə veteranlarının minnətdarlığını bildirərək Selçuk Bayraktara Birliyin Xatirə medalını təqdim edib.
Görüş xatirə şəkilləri çəkdirməklə sona çatıb.
AVMVİB Mətbuat Xidməti