22.11.2024

Sərdar Həmidovun anım günüdür!

Tərtər Özünümüdafiə Batalyonunun sabiq komandiri, Tərtər rayonunun İcra Hakimiyyətinin başçısı- Sərdar Həmidovun anım günüdür!

Tərtər batalyonunun komandiri olaraq əlində silah Vətən torpağı uğrunda döyüşdü və vəzifəsinin öhdəsindən gəldi.

Tərtər nə qiyamçılara təslim oldu, nə erməni işğalına məruz qaldı, nədə Tərtər boyda qaldı. İşğal altında olan bir neçə kənd azad olunmaqla olduğundan böyük rol oldu.

S.Həmidov birinci Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir payını itirib. Birinci Qarabağ savaşında və Tərtər rayonunun erməni işğalına məruz qalmaması uğrunda misli görünməmiş qəhrəmanlıqlar göstərmişdi.

Uzun illərdir o, yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkirdi.

Ruhu şad olsun!

Leyla Həsənova

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: