26.04.2024

“Ən çətin döyüşümüz Hadrutda olub” — VİDEO

44 günlük Vətən müharibəsi iştirakçısından biri də Abbasov Ramil Camal oğludur. 1990-cı ildə Ağdərə rayonu Sırxavənd kəndində anadan olub. 1996-cı ildə ailəsi ilə birgə məcburi köçkün olaraq Bakıya gələn Ramil, iki bacının bir qardaşıdır. Bakıda yerləşən Kəlbəcər məktəbində 8 il təhsil aldıqdan sonra çalışmağa, ailəsinə maddi dəstək olmağa başlayır. 2008-ci ildə hərbi xidmətə çağırılır.

Vətən müharibəsinə könüllü yollanan Ramil oktyabrın 25-i Qubadlıya, ardınca Laçına üz tutur, Hadrut döyüşlərində də iştirak edir.

Ailəlidir, iki övladı var.

«Report» sözügedən süjeti təqdim edir:

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: