20.04.2024

Vikipediyada Yerevan-İrəvan POLEMİKASI

İrəvan yerevan

Vikipediya çoxdilli universal internet ensikpolediyasında azərbaycanlı və erməni istifadəçilər arasında yeni polemika başlanıb.

Veteran.az xəbər verir ki, hazırda Yerevan adı ilə Ermənistanın paytaxtı olan qədim Azərbaycan şəhəri İrəvanın yazılışı mübahisə doğurub.

Belə ki, dünyanın 170-dən artıq dilində Yerevanla bağlı məqalədə onun azərbaycanca İrəvan olaraq yazıldığı qeyd olunub. Bu Vikipediyanın erməni istifadəçilərinin narazılığı ilə qarşıalnıb və internet resursun erməni redaktorları azərbaycanca qeydləri silməyə, azərbaycanlılar isə bu qyedi yenidən qaytarmağa başlayıblar.

Mübahisə Vikipediyanın ölkələri üzrə adminləri və rəhbərliyi səviyyəsində müzakirə olunur. Erməni Vikipediya istifadəçiləri Yerevanın azərbaycanca İrəvan kimi yazılmasının məqalədə qeyd olunmamasını tələb edirlər.(Modern.az)

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: