Pakistan Hindistan mövqelərinə top atəşi açdı
ki nüvə dövləti Pakistan və Hindistan arasında münaqişə artilleriya atışlarına çevrilib.
Veteran.az Avropa.info-ya istinadən xəbər verir ki, Hindistan mətbuatının məlumatına görə, pakistanlı topçular Hindistanın Kəşmirdə olan mövqelərini vurub. Hindistan və Pakistan 1947-ci ildə müstəqillik əldə etdikdən sonra Kəşmir problemi 70 ildən çoxdur ki, iki ölkə arasında münaqişə ocağı kimi qalır. Bu müddətə iki ölkə arasında 4 dəfə müharibə olub, minlərlə adam həyatını itirib.
Münaqişə sonuncu dəfə keçən ilin fevral ayında Hindistan təyyarəsinin vurulması ilə qarşılıqlı hücum və sərhəd pozuntusu ilə müşayiət olundu.
Hindistan 2019-cu ilin 5 avqustunda Cammu Kəşmir bölgəsinin xüsusi statusunu ləğv edərək Pakistanla siyasi gərginliyə səbəb olmuşdu.