27.12.2024

«Bütün batalyon onu zorladı, qadın dəli oldu…» — Gürcüstanda erməni dəhşəti + VİDEO

Moderator.az xəbər verir ki, Gürcüstanın “Saerto qazeti” nəşrində məşhur jurnalist İranda Kalandadzenin “Katolik ordinaturasından yeni təhlükə” məqaləsində Baqramyan adına batalyonun döyüşçüsü olmuş bir erməninin xatirələrindən parçalar verilib. 


Onu da qeyd edək ki, adı çəkilən batalyon 1992-1993-cü illərdə Gürcüstan-Abxaziya münaqişəsi zamanı gürcü əhalisinə qarşı xüsusi qəddarlığı ilə seçilib. Yüzlərlə dinc insanların əzab verilərək öldürülməsi, o cümlədən işgəncə vermək və diri-diri yandırmaq bu batalyonun adı ilə bağlıdır. 
Ermənistan hakimiyyəti hələ də Baqramyan adına batalyonun bu cinayətkar əməllərinə münasibət bildirməyib. Kalandadzenin istinad etdiyi “Abxaziyada müharibə” kitabında Baqramyan batalyonunun erməni döyüşçüsü qeyd edir ki, hansı yolla silah əldə edib dinc sakinləri öldürürdülər. Erməni döyüşçü yazır: 
“Gürcülər Abxaziyada yaşayan ermənilərə etibar edirdilər, ona görə də mən 3 litrlik qarışdırılmış spirti götürüb gürcü əsgərlərinin düşərgəsinə girə bildim. Onlar spirti içib yatdılar. Mən əvvəlcədən xəbərdar etdiyim döyüşçüləri çağırdım və onların avtomat silahlarını götürdük, sonra hamısını öldürdük, heç biri ayılmadı. Sonra silah-sursatı götürüb geri döndük. Yerli ermənilər bax bu yolla döyüş silahlarını ələ keçirə bildilər”. 
2006-cı ildə abxaz əslli Gürcüstan yazıçısı Sergi Sacaya Baqramyan batalyonunun vəhşilikləri haqqında yazırdı:
”Əsir düşmüşləri və dinc sakinləri ağaca bağlayıb başlarına təkər qoyub yandırırdılar. Neç-neçə qadınları zorladılar…Yaştxva kəndində bir gürcü qadın erməni evində qalıb gizlənmişdi. Onlar qadını satdılar və cəlladlara verdilər. Bütün batalyon onu zorladı, qadın dəli oldu…


Görün, hadisələrin şahidi Nodar Natadze nə deyir: 
“Baqramyan adına batalyon çox vəhşiliklər törətdi. Müharibə qurtaranda gürcü partizanları bir erməni döyüşçünü əsir aldılar. O ağlamağa və yalvarmağa başladı. Gürcülərin ona yazığı gəldi və sərbəst buraxmaq istədilər. Bu zaman onun sinəsində paket gördülər. Paketi açanda orda çıxarılmış gürcü gözləri, kəsilmiş qulaq və burun gördülər. O, Baqramyan batalyonunun üzvü idi. Abxazlar hər öldürülən gürcü üçün ermənilərə 100 dollar verirdilər. Sübut üçün onlar öldürülənin hər hansı bir orqanını göstərməli idilər”. 


Başqa bir şahid German Beseliya: 
“Çoxları evini tərk etmək istəmirdi. Kimlərinsə evdə xəstələri vardı. Erməni dəstəsi Merxeuli kəndinə girdi. Gürcü əhalisini öldürməyə başlayanda mənim qonşum qadın ot tayasında gizlənməyə imkan tapdı. Ermənilər bunu gördü, tayanı kəndirlə möhkəm bağlayıb od vurdular və uzaqdan müşahidə etdilər. Bütün kəndin gözləri qarşısında balta ilə qoca arvadın başını üzdülər.. Bax, gürcülərlə belə qəddar rəftar edirdilər”. 
Gürcüstan baş prokurorluğunda İzonyan adlı quldurun birisinə qarşı 200 cildlik cinayət materialı var. Bəzi cinayətlərə baxanda inanmaq olmur ki, Osvensimdən, Dahaudan sonra bu cinayətlər XX əsrdə baş verib. Bəlkə elə buna görə Hitler erməniləri ari irq sayırmış…

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: