Ermənistan Silahlı Birləşmələri Ağdamda təlimə başladı

Ermənistan Silahlı Birləşmələri Ağdamda növbəti təlimə başlayıb.
Fedai.az-ın verdiyi xəbərə görə, ermənilər, nəzarət etdiyi Azərbaycan torpaqlarında ağır artilleriya qurğularından istifadə etməklə hərbi təlimlər keçirir.
Hal hazırda təlimdə istifadə olunan silahlardan atılan mərmilərin səsi cəbhəyanı yaşayış məntəqələrində eşidilir. (APA)