CAYKƏND ƏMƏLİYYATI
1988-ci ilin noyabr ayından başlayaraq, Vətənimizin başını qara buludlar bürüdü. Ermənistanda steperatçıların törətdikləri vəhşilik, qədim Azərbaycan torpaqlarından soydaşlarımızın bütünlüklə qovulması ilə nəticələndi.
1990-cı ilin əvvəllərdində erməni steperatizmin yeni dalğası Azərbaycan rəhbərlərini erməni quldurlarına qarşı təcili tədbir gorməyə vadar etdi. Azərbaycan DİN-i mərhum general-mayor Məhəmməd Əsədovun rəhbərliyi ilə həmən ilin aprel ayında XÜSUSİ TƏYİNATLI MİLİS DƏSTƏSİ yaradıldı.
«OMON» kimi məşhurlaşan xususi təyinatlı milis dəstəsi 1990-1991-ci illərdə ən qaynar nöqtələrə ezam olunurdu. Ermənilərin ən cox çəkindiyi Dövlət qurumu idi. Çaykənd əməliyyatı strateji məqsəd güdürdü. Qarabağın hüdudlarında erməni kəndlərini boşaldan Azərbaycan hökuməti fədailəri təcrid edib, onların təchizat yollarını kəsməyə çalışırdı.
1991-ci ilin may ayında erməni quldurlarının təchizat yollarını kəsmək pasport rejimini yoxlamaq məqsədi ilə, Dİ naziri mərhum General-mayor Məhəmməd Əsədovun göstərişinə əsasən Dİ nazirinin müavini Ramiz Xasroviçin əməliyyat planı hazırlandı. OMON-un komandiri rəhmətlik Əbil Rzayevə Çaykənd kəndində pasport rejiminin yoxlanılması əmri verildi. Bu əməliyyatda iştirak edən zabitlərin adlarını xüsusi ilə qeyd etmək istərdim. Elmar Hüseynov, İlham Rüstəmov, Vaqif Əskərov və s.
Əməliyyata böyük dəstək olan Gəncə Milis rəisi polkovnik Eldar Həsənov DİN-in müavini Talıbov Natiq Mamedovic, XÜSUSİ MİLİS MOTO batalyon komandiri kapitan Zavarski.
Hazırda Azərbaycan torpaqlarının 20%-i düşmən işğalı altındadır. Hələlik güc ədalətə üstün gəlib. Yəni, atalar demişkən «Arxalı köpək qurd basar».
Dığalar bu işğaldan fəxrlə danışırlar. Bütün dünya bilir ki ermənilər torpağlarımızı rus qoşunlarının köməkliyi ilə işğal ediblər. Bu savaşda onlar vəhşilik və quldurluqla ad qazandılar. Çaykənd əməliyyatı Qarabağ münaqişəsinin açıq, hərbi mərhələsinin başlanğıcı oldu. Britaniyalı jurnalist Tomas de Vaalın fikrincə, bu əməliyyat özü-özlüyündə «sovet dövrünün ilk və son vətəndaş müharibəsi» idi, çünki, Sovet Ordusunun hissələri, elə Sovet ərazisində hərbi əməliyyatlar aparırdılar.
Qələbə bizi səsləyir, Azərbaycan əsgəri!
Tanrı yardımçınız olsun!
Sadiq Qədirli