General Mais Bərxudarovun ad günüdür!
Qubadlı şəhərində anadan olub.
Uşaq vaxtlarında güləşlə məşğul olub. Azərbaycanın Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyevin tələbəsi olub.
Ermənistan silahlı qüvvələrinin Qarabağı işğal edən zaman Bərxudarov Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Hərbi liseydə oxuduğu vaxt oranın rəisi olmuş General Valeh Bərşadlının onun gələcək taleyinə birbaşa təsiri olub. 1993-cü ildə Mais Bərxudarov və bir qrup kursant cəbhədə yaranmış çətin vəziyyəti nəzərə alaraq könüllü ön xəttə getmək qərarını verir. Lakin bundan xəbər tutan General Bərşadlı onları yanına çağırır və bildirir ki, bunu etmək olmaz. Görünür, Valeh Bərşadlı bu gənclərin sabahın generalları olacağını bilirmiş. Valeh Bərşadlı onları inandıra bilir, Mais Bərxudarov və digər kursantlar öz təhsillərini davam etdirirlər. 1998-ci ildə baş leytenant Mais Bərxudarov «Azərbaycan Bayrağı» ordeni ilə təltifləndirilir. Bu ordeni ona şəxsən Heydər Əliyev təqdim edir. O, bu ordenə düşmən arxasında fəaliyyətinə görə layiq görülür. 2012-ci ildə polkovnik Mais Bərxudarov «Vətən uğrunda» medalı ilə təltif edilir. 2016-cı il, aprelin 1-5-i Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik Mais Bərxudarov döyüşlər başlayan kimi, özü də əsgərlərə qoşularaq, birbaşa döyüşlərdə iştirak etmiş, Lələtəpə yüksəkliyini və on kilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştrak etmiş, erməni silahlı qüvvələrinin çoxsaylı qüvvələrini çox məhdud sayda əsgər və zabitləri ilə məhv edib sıradan çıxarmışdır.
Hadisə şahidlərinin verdiyi məlumata görə, Mais Bərxudarova şəxsən tankın üzərində əyləşərək, özü öndə olmaqla bütün əsgərlərini döyüşə çağırıb. Mənbə bildirir ki, Bərxudarovun tankı ən öndə getdiyindən, bütün ordu xüsusi fəallıq və qəhrəmanlıqla döyüşməyə başlayıb.
AVMVİB Rəhbərliyi Qəhrəman general Mais Bərxudarovu ad günü münasibətiylə təbrik edir, uzun ömür və doğma yurd yerlərinin düşmən tapdağından azad edilməsi ilə səsləşən zəfər dolu günlər arzulayır.
Təbriklərə AVMVİB -nin Xocavənd, Zəngilan, Nəsimi, Qubadlı, Sumqayıt şöbələri və Veteran.az saytının kollektivi də qoşulurlar.
Təbrik edirik, 100 yaşayın!