Veteran «Abad həyət»lərini təqdir etdi, amma…
Məhəlləmiz Leyla Əliyevanın projesi olan «Abad Həyət» proqramına əsasən Avropa standartlarına uyğun abadlaşdirilib.
Hərçənd ki, təvil-təslim olmayıb, amma insafla demək lazımdır ki, çox gözəl işlər görülüb. Uşaqlar üçün əyləncə kompleksi qurulub, idman etmək üçün muxtəlif trinajorlar quraşdırılıb.
Bu proqram sayəsində məhəlləmizin xeyir-şər evinin fasadı da abadlasdırılıb. Xeyir-şər evinin tikintisində bizə Suraxanı İcra Hakimiyyəti hec bir köməklik etməyib. Hətta çox təəsüf olsun ki, Suraxanı İcra hakimiyyətinə məktubla muraciət edib, xeyir-şər evini stol, stulla təmin edilməsini istəmişik və rəsmi səkildə rədd cavabı almışıq.
Doğrusu gözləmirdik ki, belə bir cavab alaq. Axı məhəllələrdə xeyir-sər evinin tikilməsinə İH-i bir başa yardım etməli olduğu halda, bizim xeyir-şər evinə nəyə görə stol, stul almaqda köməklik etmək istəmir?
Bu sualla «Abad həyət»in açılışı zamanı Leyla xanıma müraciət etməli olacağıq. Çünki Leyla Əliyeva yüzlərlə belə xeyirxah və xeyriyyəçi işlərə imza atıb. Yəqin bizi də geri çevirməyəcək.
Məhəlləmizin şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə qurulan bulaq mənimçun bir Qarabağ müharibəsi Veteranı olaraq xüsüsi önəm daşıyır. Sadə və çox gözəldir. Bu işi görən hər kəsə var olun deyirik.
ALLAH CƏMİ ŞƏHİDLƏRƏ RƏHMƏT ELƏSİN!
Sadiq Qədirli
Müharibə veteranı