28.04.2025

Ərdoğan da Putini belə gözlədib — ANBAAN VİDEO

Rusiyanın dövlət telekanalı «Rossiya-1” Rusiya prezidenti Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəhlizdə gözlətməsinin kadrlarını yayıb.

Telekanal həmin anlarla bağlı hazırladığı reportajda, ekranın küncünə saniyəölçən yerləşdirməklə V. Putinin Ərdoğanı gözlətdiyi vaxtın miqdarını göstərib. Məlum olub ki, Putin Ərdoğanı 1 dəqiqə 55 saniyə dəhlizdə gözlətdikdən sonra qəbul edib.

Veteran.az Intime.az-a istinadən xəbər verir ki, 2016-cı ildə Sankt-Peterburqdakı Konstantinovski Sarayında baş tutan görüş zamanı V.Putin Rəcəb Tayyib Ərdoğanı ayaq üstə gözləməli olub. O zaman Rusiya prezidentinin düşdüyü vəziyyət də dünya mediasında geniş müzakirə mövzusuna çevrilib. 

Təqdim etdiyimiz videoda aydın görünür ki, Putin 1 dəqiqə 52 saniyə Ərdoğanı gözləməli olub.

https://www.facebook.com/intime.az/videos/156027715476357/?t=70
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: