İtaliya hökuməti Milan və Venesiya şəhərlərini də karantinə aldı

Veteran.az Avropa mətbuatına istinadən xəbər verir ki, yeni növ koronavirus epidemiyasının İtaliyada sürətlə yayılması səbəbindən hökumət iki ən böyük şəhərlərindən Milan və Venesiyanın karantinə alınması barədə qərar qəbul edib.
Artıq Lombardiya da daxil olmaqla İtaliyanın sayca 11 əyalətinə giriş və çıxışlara qadağan tətbiq olunub. Bütün tədris müəssisələri, kütləvi alış-veriş mərkəzləri, mədəniyyət ocaqları və kafe-restoranlar məcburi qapadılıb.
Qeyd edək ki, koronovirusun yayılmasından bu günədək xəstəlikdən ən çox dünyasını dəyişən insan sayına görə İtaliya dünya üzrə artıq birinci yerdə qərarlaşıb.
Nurlan Məmmədli
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: