19.04.2024

Rusiyadan işğal olunmuş ərazilərlə bağlı yeni sərsəmləmə

Hər il olduğu kimi ilin başlanğıcında Rusiya informasiya məkanı hansısa ərazilərin qaytarılması feyklərini bizə sırıyırlar. «İmunitetsiz» Azərbaycan informasiya məkanı bu feykləri göydə qaparaq gündəmə daşıyır.

Rusiyadan növbəti feyk ötürülüb və hər kəs bunu manşet xəbəri kimi təqdim etməkdədir. Diqqət yetirin:

Moskva Humanitar Universitetinin beynəlxalq münasibətlər və diplomatiya kafedrasının müdiri, Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan şöbəsinin keçmiş rəhbəri Nikolay Platoşkin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yeni təkliflə çıxış edib.

N.Platoşkin münaqişənin həlli ilə bağlı hazırkı variantlardan fərqli olan yollar axtarmaq lazımdır: “Ən real variantlardan biri işğal edilmiş 7 rayonun və Dağlıq Qarabağın bir hissəsinin Azərbaycana qaytarılmasıdır. Qarabağın digər hissəsi, eləcə də kommunikasiya üçün Laçın dəhlizi Ermənistanda qalır. Amerikalı analitik Pol Qobl 20 il əvvəl belə bir pan hazırlamışdı. Lakin Ermənistan İranla sərhəddən məhrum edilməməli və Laçın dəhlizi əvəzinə Meqri Azərbaycana verilməlidir”.
Rusiyalı diplomat hesab edir ki, bu seçim Ermənistanda ultra-millətçilər tərəfindən qəbul edilməsə də, bu ölkənin rəhbərliyinə sərf edir.

“Lakin belə variantı həm rəsmi Bakı, həm də Azərbaycan cəmiyyəti anlayışla qarşılamayacaq”, — rusiyalı diplomat bildirib.


P.S. Belə çıxır ki, bu ölkənin sahibi ruslardır. İstədikləri bölgünü apara bilərlər. Bu problemin tək yolu və düşmənin tək anlayacağı dil savaşdır və o gec, ya da tez mütləq olacaqdır.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: