16.04.2024

AVMVİB müharibə veteranını Fəxri fərmanla təltif etdi

AVMVİB sədri Füzuli Rzaquliyev təşkilatın üzvü Kamal Fərzəliyevi müharibə veteranlarının problemlərinin həllində göstərdiyi fəaliyyətə və AVMVİB ilə sıx əlaqə qurduğuna görə Fəxri Fərmanla təltif edib.

Müharibə veteranı Kamal Fərzəliyevi təbrik edən AVMVİB sədri F. Rzaquliyev bildirdi ki, illər keçsə də K. Fərzəliyev öz döyüşçü xüsusiyyətlərini qoruyub saxlamağı bacarıb. Biz bütün hallarda birgə döyüş yolu keçmiş səngərdaşlarımızın yanında olmağa və fəal üzvlərimizi daim fərqləndirməyə çalışırıq.

AVMVİB üzvü Kamal Fərzəliyev təşkilat rəhbərliyinə diqqət vəqayğı üçün öz minətdarlığını bildirdi. O, belə bir təşkilatın üzvü olmaqdan qürur duyduğunu və bundan sonra da təşkilatla sıx əlaqədə olacağını dedi.

Təqdimat mərasimində iştirak edən AVMVİB sədrinin hüquqi və sosial məsələlər üzrə müavini Abbas Hüseynli, AVMVİB Laçın rayon şöbəsinin sədri Rasim Hüseynov veteranı təltif münasibətiylə təbrik etdilər.

Təbrik edirik!

AVMVİB Mətbuat Xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: