22.11.2024

İran parlamentində 4 nəfər koronavirusa yoluxdu: Bütün iclaslar təxirə salındı

İran parlamenti koronavirus epidemiyası ilə əlaqədar bütün iclaslarını təxirə salıb.



Veteran.az APA-ya istinadən xəbər verir ki, bunu İslami Şura məclisinin sözçüsü Əsədullah Abbasi deyib.


O bildirib ki, ölkədə koronavirus yayıldığı üçün Rəyasət Heyətinin qərarı ilə əlavə məlumat verilənədək hər hansı sessiya keçirilməyəcək.


Qeyd edək ki, parlamentin Rəyasət Heyətinin üzvü Məhəmməd Əli Vəkili bu gün səhər “Twitter”dəki səhifəsində parlamentin deputatlarının hamısının koronavirusa görə müayinə olunduğunu yazıb: «290 parlament üzvünün 30-nun müayinə nəticələri açıqlanıb. Onlardan 4 nəfərdə koronavirus aşkarlanıb, qalan üzvlərin də ardıcıl olaraq müayinəsinin nəticəsi açıqlanacaq».

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: