29.03.2024

Ağdaşda SHXÇDX-nin 8 yaşı qeyd edilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü münasibətiylə Ağdaş rayonunda tədbir keçirilib.

Tədbirdə AVMVİB Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayevin rəhbərliyi ilə bölgə veteranları iştirak ediblər.

 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağdaş rayon şöbəsinin rəisi polkovnik-leytenant Anar Ağabəyov, rayon ictimaiyyət nümayəndələri, rayon rəhbərliyi, müharibə veteranları və xidmət əməkdaşları ulu öndər H. Əliyevin büstü önünə əklil və gül qoymuşlar.

Tədbirin sonunda H. Əliyev Mərkəzi önündə xatirə şəkli çəkdirmişlər.

Habil Cəfərov


Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: