16.09.2024

Veteran həkim təltif edildi

AVMVİB sədrinin I müavini Kamil Şirinov və AVMVİB üzvü, ehtiyyatda olan tibb xidməti polkovniki Habil Şirinov həkim kimi cəbhədə yüzlərlə döyüşçünün həyatını xilas etmiş, müharibə veteranı, Azərbaycan Tibb Universiteti Ümumi cərrahiyyə kafedrasının müəllimi, tibb elmləri doktoru Elman Tağıyevi təşkilatın təsis etdiyi Xatirə medalları təltif ediblər.

Təqdimetmə mərasimində müharibə veteranı Elman Tağıyevin çalışdığı ATU Tədris Cərrahiyyə Klinikasının kollektivi də iştirak edib. Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Müharibə veteranı, həkim E. Tağıyevi təbrik edən K. Şirinov, ona işlərində uğurlar və azad ediləcək doğma yurd yerlərində bu müqəddəs işlə məşğul olmağı arzulayıb.

Təbrik edirik!

E. Səlim




Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: