27.07.2024

Daha bir erməni Qarabağın təbiəti uğrunda aclıq aksiyasına qoşuldu…-FOTO

Xankəndidə yaşayan Mqer Poqosyan ad-soyadlı daha bir erməni Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan ərazilərində kiçik SES-lərin tikintisi əleyhinə aclıq aksiyasına başlayıb.


Moderator.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə erməni istifadəçilər məlumat yayıb. Məlumata görə, bundan əvvəl bəhs edilən məqsəd uğrunda aclıq aksiyasına başlamış erməni politoloq Aleksandr Kananyanla görüşən M.Poqosyan ona dəstək olacağını vəd edib.


Xatırladaq ki, yanvarın 21-dən aclıq aksiyasına başlamış Kəlbəcərdə yaşayan A.Kananyan yanvarın 23-də Xankəndidə separatçı-terrorçu rejimin dövlət naziri sayılan Qriqori Martirosyanla görüşsə də, Tərtər çayı üzərində tikilən yeni SES tikintisinin dayandırılması haqda rəsmi qərar verilməyib.


P.S. Deyir, bizim korrupsioner məmurlar da Qarabağın qızılı, misi uğrunda aclıq aksiyasına hazırlaşırlar...


Sultan Laçın 

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: