21.11.2024

Bu rəzillikləri informasiya donunda hansı mərkəzlər təbliğ edirlər?

ELNUR SƏLİM


Nərmini kim öldürdü? Yaxud da o gənc özünü niyə asdı? Bu cür nadancasına sualı cəmiyyətə ünvanlayan, media, hansı ölkədə olar?
Əlbəttə ki, yalnız Azərbaycanda. Yalnız bu peşəyə modabazlıq xatirinə sürgün edilmişlərin 32 hərflə oynamaları cəmiyyətimizin qatilinə çevrilib. Ölkədə bizlərə güya xəbər soxuşduranların manşet xəbərlərini sizlərə təqdim edirəm və heç bir izah vermədən başlıqları oxuyub, bu adamların nə deməkk istədiyini özünüz aydınlaşdırın. Doğrudan da bu adamcıqlar nə etmək istəyirlər?


Gəlin başlayaq: «Bal ayına anasını da aparan gəlinin peşmanlığı — Ana qızının ərindən hamilə qaldı», «Ərinin yanında arvadını zorladı — Seksual manyak həbs olundu — FOTO» — Milli.az, «Qonşular «Hamama kişi salmısan» deyib, qadını döydülər — Azərbaycanda DƏHŞƏT» — Bakuws, «Bakıda qızlar ərəblərə həyatlarının şokunu yaşatdı» — Metbuat.az, «Oğuldan anasına qarşı dəhşətli əməl — Ürəyi zəif olanlar baxmasın — 18+», «Azərbaycanda silahlı insident: Avtomobilin qarşısını kəsib atəş açdı — RƏSMİ» — Anews.az, «Elnarə Abdullayeva: «Ərim mənə xəyanət edir…», «Azərbaycanda dəhşətli olay: Nişanlı qız intihar etdi» — Big.az, «Azərbaycanlı qız qaradərili kişiyə ərə getdi — Toydan MARAQLI GÖRÜNTÜLƏR» — ölkə.az, «Azərbaycanlı milyarderin keçmiş həyat yoldaşı oğlunu məhkəməyə verib» — Bizim yol, «Bakıda qadın əri tərəfindən vəhşicəsinə döyüldü», «Yaşlı pedofil uşağı avtobusda zorladı», » Əməkdar artist: “Niyə “18+” edirsiniz ki, açıq şəkildə…” — ÖZƏL — Oxu.az, «Ər küçədə keçmiş arvadının boğazını kəsdi», «Bakıda ağır yol qəzası: Ölən var», «“Hamamda lüt uşaqla…” — İlahə Fədadan Tacirlə bağlı QALMAQALLI SÖZLƏR», Röya: “Qardaşım üç dəfə evlənib, boşanıb” — Yeni Çağ, «Başqa qızla futbola baxmağa gedən oğlan öpüşərkən kameraya düşdü — Sevgilisi onları TV-də gördü — VİDEO» — Day.az, «Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: kəndlisi nişanlısına zəng etdi və…», «Pərvin Abıyeva polis sevgilisindən 20 gün ayrı qala bildi» — Publika.az, «Qonşusunu evdə bacısı ilə tutdu: “Qaranlıqda gizlənən kimdir?..” – Qanlı cinayət», «Tovuzda 40 yaşlı kişi sevgilisinin qanını tökdü — Təfərrüat», «Abşeronda ər keçmiş arvadını bıçaqladı» _ Teleqraf.com, «Əyləncəli, şən və seksi…» — Məşhur müğənni yeni fotolarını paylaşdı, 4 milyon insan bəyəndi + FOTOLAR», «Abırsızsan, özündən 20 yaş balaca oğlanlarla…» — Tolik efirdən hansı xanım müğənniyə xəbərdarlıq etdi? — Mia.az, «Müsəlman qadınlarla bağlı İNANILMAZ YENİLİK: bundan sonra kişilərlə…», «Azərbaycanda ŞOK HADİSƏ — Qonşunu bacısı ilə tutdu (TƏFƏRRÜAT)» — Publika.az, «Azərbaycanda nişanlı qız intihar etdi: Bacısının həyat yoldaşının telefonu ilə…», «Röya qısa şortu ilə səs-küy yaratdı – FOTO» — Kanal B «, «Alt paltar geyinməyən türk aktrisanın ətəyi qalxdı, pərt oldu — FOTO — VİDEO», «Sevda Sanəliyeva yeni sevgilisi ilə şəklini paylaşdı — FOTO» — Day.az, «Azərbaycanda dəhşətli olay: Ər arvadını xəyanətə görə baltaladı — VİDEO», «Başqası ilə yaşayan anasını oğlu bıçaqladı — «Qorxutmaq üçün» (FOTO)» — Panorama.az, «Azərbaycanda ŞOK HADİSƏ — Qonşunu bacısı ilə tutdu — TƏFƏRRÜAT», «Qadını aldaraq 15 min manatını aldı — Bakıda fırıldaqçılıq! — Oxu24.com, «Azərbaycanda dəhşətli hadisə: Gecə 4-də evə kişi gəldiyini görən ər arvadını baltaladı — VİDEO», «“Toy olsun”da evlənmişdi, “Səni axtarıram”da axtarılırdı — Ölü tapıldı — FOTO» -Ölkə.az, «“Sən getmişdin kefini çəkməyə, əxlaqsızın biri əxlaqsız” – Əməkdar artist “od püskürdü” – VİDEO», » Bakıda kişinin şantaj etdiyi iki qadın intihar etdi – Təfərrüatlar» — Turkistan.info və s. və i.a. …


Hələ biz televiziyaları və radioları demirəm. Hələ öz mənəvi keyfiyyətlərini söyüşlə izah edən internet tv-ləri də demirəm. Bais deyirlər ki, Əli Həsənov imiş. Amma bu tək adam işi deyil. Bir ölkənin informasiya məkanı ucuz «ətin şorbasına» çevrilib. Maraqlıdır ki, bu cür informasiyaların girovuna çevrilən saytlara «DUR!» deməyin vaxtıdır.


Bizə jurnalistikanın əsil simasını öyrədən müəllimimiz Xaqani Ədəboğlu ilk gündən iki şeyin veteranlara aid saytlarda qadağan olduğunu şərt qoydu.
-Birincisi, sou və əxlaqsızlıq yayan xəbərlərdən uzaq duracaqsınız.- İkincisi isə, cinayətkarların təbliği və kriminal xəbərlər verməyəcəksiniz.
Bu günədək heç bir yardım omadan, könüllü olaraq bu yoldayıq və ən normal oxuculara malikik.


Bir də özümüzə müəllim bildiyimiz X. Ədəboğlunun «Azərbaycan jurnalistikası, cəlladını sevən məşuqəyə oxşayır»-sözlərini tez-tez xatırlayaraq yuxarıda məşuqələrin «iniltilərini» sizlərə bir daha təqdim edirik. Bu üsluba və bu milli mentalitetimizə tam əks olan informasiyalara qarşı hər kəsi mübarizəyə səsləyirik!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: