22.11.2024

Könlümlə qazi oldum, səsinizlə vəkiliniz olmaq istəyirəm!!! Radə Abbas

Könlümlə qazi oldum, səsinizlə vəkiliniz olmaq istəyirəm!!!

Abbas Radə Sabir qızı 1962-ci ildə Ağcabədi rayonun Hacılar kəndində ziyalı ailəsində anadan olmuşam. Ali təhsilliyəm,

1969-1979 Ağcabədi rayon Hacılar kənd orta məktəbi

1982-1984 Bakı şəhəri 2 saylı Tibb Texnikumu

2001- 2006 Moskva Açıq Unversitetu Bakı filialı Hüquq fakultəsi

İş təcrübəsi

1979 — 1982 Ağcabədi rayon Lenin kolxozu Briqadir köməkçisi

1983 — 1992 M.Topçubaşov adına ETKECİ –da Tibb bacısı

1992 — 2001 Müdafiə Nazirinin əmri ilə müxtəlif hərbi hissələrdə hərbi xidmət

1993-cü ildə Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Köməkçisi və Azərbaycan Respublikası Prezidenti Aparatı Ərazi İdarədetmə Orqanları ilə İş idarəsində inspektor

2001 — 2005 AVMVB-nin nəzdində Veteran Qadınlar Təşkilatının sədri

2006 – MVQSYİB-nin sədri

Azərbaycan Dillər universitetinin tələbəsi olan bir oğlum var

• Parlamentin yüksək ictimai nüfuz qazanaraq yeniləşməsi və islahatların aparıcı qüvvəsinə çevrilməsi

Parlamentin nüfuzunun qorunması və dahada yüksəldilməsi üçün Parlamentdə qəbul edilmiş qanunların icrasına nəzarət mexanizminin yaradılması,

•Ermənistanın Azərbaycana elan edilməmiş müharibəsinin münaqişə adlandırılmasına son qoulmasına nail olmaq.

•Bütün Azərbaycan xalqının ən böyük məqsədi Dağlıq Qarabağımızı və ətraf rayonlarımızın düşmən Ermənmistanın işğalından azad etməkdir. Bunun üçün bütün azərbaycanlılar, yorulmadan, çalışmalıyıq. Bütün hüququları Ermənistan tərəfindən pozulmuş vətəndaşlarımızın dünyaya tanıdılması onların hüquqlarının bərpası üçün çalışmaq

• Qanunvericilik fəaliyyətində Strategiya – Proqram – Qanun ardıcıllığının gözlənilməsi • Ölkənin sosial-iqtisadi həyatı üçün mühüm əhəmiyyət kəsb edən qanun layihələrinin hazırlanması prosesində ictimai rəyin nəzərə alınması

• Qanunların əhalinin həyat səviyyəsinə uyğun olaraq qəbul edilməsi.

• Seçigilərə inanmaq, seçmək, tələb etmək prinsipinin formalaşmasına yol açmaq. Millət vəkili seçiləcəyim Yasamal rayonu ərazisində daimi olaraq seçicilərin müraciət edə biləcəyi qərargah fəaliyyət göstərəcək. 6 aydan bir seçicilər qarşısında hesabat verəcəm.

• Rayon icra hakimiyyətinin qəbul günlərində vətəndaşlarla birlikdə qəbulda olacam. Bütün məmurlar əlçatan olmalıdır.

• Əhalinin problemlrinin araşdırmasına və bir həll edilməsidə Yerli İcra Hakimiyyətinin, Bələdiyyənin, sahibkarların, qeyri-hökumət təşkilatlarının, dəstəyinə nail olmaq.

• Dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi zamanı imkansız ailələrin, əlilliyi olan insanların, şəhid ailələrinin, Qarabağ əlillərinin, müharibə veteranlarınin sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün onların özünüməşğulluq layihələrində güzəştli şəkildə iştirakına nail olmaq. Sahibkarlığın, o cümlədən yerli istehsalın inkişafı üçün əlverişli şərait yarada bilən qanunların hazırlanması

• Əhalinin sosial inkişafı üçün Dövlət büdcəsindən subsidiyaların artırılması və şəffaflıqla xərclənməsi

• İş adamlranının dövlətə dəstəyinin təmin edilmsi üçün həssas qurumların problemlərinin həllinə onların cəlb edilməsinin qanunla tənzimlənməsi

• Məhəllələr arası yolların çəkilməsinə və sanitar epidiomoloji baxımdan zərərlərin azaldılması üçün məhəllələrdə təmizliyə nəzarətin həyata keçirilməsi

• Elektrik enerjisi və qaz təchizatı, evlərdə qizdirici sistemlərin tam gücü ilə işləməsinin təminatı ilə bağlı problemlərinin həllinə köməklik göstərmək məqsədi ilə müvafiq dövlət orqanları qarşısında məsələ qaldırılması və onun həllinə nail olunması

• Su-kanalizasiya infrastrukturunun, şəhərin yollarında kanalizasiya sistemlərinin qurulmasına nail olmaq

• İnfrastrukturun yaxşılaşdırılması üçün dövlət büdcəsindən ayrılan pulların şəffaflıqla xərclənməsinin qanunvericiliklə tənzim edilməsi

• Vətəndaşlar üçün davamlı və sabit gəlir əldə etmək imkanını saxlamaq məqsədi ilə yeni iş yerlərinin açılmasını təşviq edən qanunvericilik bazasının yaradılması

• Ayrı-ayrı müavinətlərlə, insanların real ehtiyaclarının uyğunluq təşkil etməsinin və şəffaflıqla verilməsinin nəzarətdə saxlanılması

• Şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, ahıl şəxslərə, əlillərə, xüsusi qayğıya ehtiyacı olan insanlara diqqət yetirilməsi

• Gənclərin, ilk növbədə isə ali məktəb məzunlarının işlə təmin olunmasına köməklik göstərilməsi • Azərbaycanın hüdudlarından kənarda yaşayan və işləyən gənclərin potensialının reallaşdırılmasına hər cür köməklik göstərilməsi.

• Ailələrin və gənclərin məhv edilməisndə ciddi pol oynayan narkomaniyadan gənclərin qorunması günün vacib məsələsidir. Elə buna görədə Dövlətin narkomaniya ilə mübarizə aparan aidiyyatı idarələri ilə sıx əməkdaşlıq çəçivəsində fəaliyyət göstərəcəm.

• Müəllimlər üçün imtiyazların artırılmasının qanunvericiliklə təsbit olunması

• Məktəblərdə təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün müəllimlərin bacarıqlarının nəzarətə götürülməsi.

•Qəbul imtahanlarının suallarının təhsil sisteminə uyğunlaşdırılması.

• Ali və orta ixtisas məktəblərinin açılmasına, o cümlədən təmirə ehtiyacı olan məktəblərin yenidən qurulmasına dair müvafiq icra orqanları qarşısında məsələ qaldırılması

• Təhsil sistemində, müəllimlərin əmək haqqının ölkə üzrə orta aylıq əmək haqqı səviyyəsinə çatdırılması məsələsinin Hökumət qarşısında qaldırılması

• Həkimlərin xəstələrə pul kisəsi kimi deyil xəstə kimi baxmaları üçün, Səhiyyə sistemi üzrə əmək haqqının lazimi səviyyəyə çatdırmaq üçün təkliflərin hazırlanması

• Tibbi sığortanın əhalinin həqiqətən sağlamlığına qaygı göstərə bilməsi üçün əvvəl tibb işçilərinin əmək haqqının artırılması, korrupsiyanın aradan qaldırılması və sonra tibbi sığortanın tətbiqinin aparılmasının tənzimlənməsi. Əks halda tibbi sığorta iflasa uğrayacaqdır.

• Mədəniyytin inkişafı, Milli dəyərlərin, adər ənmənələrimizin, ailə dəyərlərimizin, qorunması və inkişaf etdirilməsi üçün Azərbaycanda televiziyaların xalqa xidmətinin tənzimlənməsi, Mədəniyyət obyektlərinin, klubların müasirləşdirilməsi məsələsinin qaldırılması

• Tarixçilər, etnoqraflar, xüsusilə arxeoloqlar tərəfindən tədqiqatların aparılması, arxeoloji qazıntılar vasitəsilə Azərbaycanın zəngin tarixi irsinin üzə çıxarılması vasitəsilə ölkəmizə olan diqqətin daha da artırılması

• Mədəniyyət Nazirliyi ilə birlikdə Azərbaycan gəncliyinin elmi- mədəni potensialının tam olaraq üzə çıxarılması məqsədi ilə müxtəlif layihələrin işlənilməsi

Güvənim ilahi ədalət, dayağım uğrunda ölməyə hər an hazır olduğum xalqımdır!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: