22.11.2024

«Hər qapıda, hər evdə şəhid övladı olduğumu biləndə…» — Şəhidin jurnalist övladının namizədliyi qeydə alındı

«120 Saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən məlumat verdilər ki, deputatlığa namizədliyim rəsmən təsdiqləndi, qeydiyyata alındıq».

Mia.az xəbər verir ki, bu sözləri şəhid övladı, jurnalist Zaur Əhməd oğlu Məmmədov bildirib.

O qeyd edib ki, mübarizənin daha bir mərhələsini başa vurub: «Bu prosesdə dəstək olan dostlara, qohumlara, hətta tanımadığım insanlara, mənə hərtərəfli dəstək verən keçmiş döyüşçülərə, qazilərə, Cəbrayılın ağsaqqallarına təşəkkür edirəm. Onlar bu günə kimi haqqın, ədalətin, millətin yanında olduğumu əsas gətirərək mənə dəstək olacaqlarını bəyan etdilər.


Hər qapıda, hər evdə şəhid övladı olduğumu biləndə daha sıcaq münasibət göstərdilər, şəhid əmanətinə sahib çıxacaqlarını açıq şəkildə göstərdilər. Qürur duydum millətimlə, camaatımla. Imza verən, yanımda olduğunu deyən hər kəs var olsun…


Yolumuz haqq yoludur. Bu dəfə Milli Məclisdə xalqdan biri olacaq. Onların səsi, vəkili olmaq üçün əlimdən gələni etməyə hazıram».|Mia.az|

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: