22.11.2024

AVMVİB sədri Azərbaycan xalqını təbrik etdi

AVMVİB sədri Füzuli Rzaquliyev Azərbaycan xalqını təbrik etdi. Təbrikdə deyilir: «Bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır.

Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar.

Azərbaycan xalqı dünyanın ən qədim və dünya mədəniyyətinə böyük töhfələr vermiş bir xalqdır. Zaman-zaman imperialistlərin hədəfində olması onun strateji bir coğradfi ərazidə yerləşməsi ilə bağlıdır. Bu gün müasir Azərbaycan öz itirilmiş torpaqlarıyla həmsərhəd olması, təkcə ərazilərin itirilməsi deyil, həm də xalqımızın parçalanmasına səbəb olmuşdur. Buna görə də 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. O vaxtdan qeyd olunmağa başlayan bu gün münasibətiylə bütün dünyada yaşayan Azərbaycan xalqını təbrik edir və üç rəngli bayrağımızın əbədi olaraq bu yurd üzərində və işğal edilmiş torpaqlarımız üzərində dalğalanmasını arzu edirəm.

Dünya azərbaycanlılarının həmrəylik günü və Təqvim iliniz mübarək!»

E. Səlim

AVMVİB sədri Azərbaycan xalqını təbrik etdi
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: