08.09.2024

AVMVİB Xocavənd rayon şöbəsində

AVMVİB Xocavənd rayon şöbəsi üzvü olan müharibə veteranları şəhidlərimizlə bağlı silsilə tədbirləri davam etdiriblər.


AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənovun rəhbərliyi ilə müharibə veteranları şəhid məzarını yad etmək üçün bir araya gəliblər.
Tədbir barədə məlumat verən AVMVİB Xocavənd rayon şöbəsi sədrinin müavini Məmməd Məmmədov bildirdi ki, şəhid Həsənov Seymur Zalan oğlu 1992-ci ildə öz Universitet təhsilini yarımçıq qoyub könüllü olaraq Vətənin müdafiəsinə atılmış soydaşlarımızdandır və Beyləqanın ilk şəhidlərindəndir. Seymur Həsənov düşmənə qarşı qəhrəmancasına döyüşüb. Onun cəbhədə zəngin döyüş yolu keçdiyini bütün veteranlar yaxşı bilir. Bu nım tədbiriylə müharibə veteranları öz şəhid qrdaşlarını unutmadığını bir daha sübut etdilər və bizlər üçün daim diri olan şəhidimiz Xatirə medalı ilə təltif edildi. Xatirə medalı şəhid S. Həsənovun ailəsinə verildi.


Mərasimdə şəhid Seymur Həsənovun məzarı ziyarət edildi və gül qoyuldu.


Allah şəhidlərimizə rəhmət eləsin!


Rauf Hüseynov

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: