AVMVİB Sabirabad rayon şöbəsində
AVMVİB Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynovun verdiyi məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) Mingəçevir şəhər şöbəsinin rəisi, polkovnik-leytenant Vüqar Mirzəyevin təşkilatçılığı ilə Milli Həmrəylik Günü münasibətiylə ənənəvi olaraq maddi imkanları aşağı olan şəhid ailələrinə ərzaq baş çəkərək yardımlar ediblər.
Bu yardım kompaniyasında AVMVİB Sabirabad rayon şöbəsinin üzvü olan müharibə veteranları da yaxından iştirak ediblər.
Faiq Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hər il keçirilən bu kompaniyanı alqışladığını və Xidmət rəhbərliyinə öz minnətdarlığını bildirdi.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial müdafiəsinin gücləndirilməsiistiqamətində reallaşdırılan siyasətə müvafiq olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu sahədə müxtəlif layihələr həyata keçirir.
Nurlan Məmmədli