“Paşinyan orduda hərbi xidmətdən yayınıb…” — Köçəryanın oğlu
“Nikol Paşinyan ömrü boyu qəzetlərdən istifadə edərək insanlara böhtan yazan adamdır”.
Moderator.az xəbər verir ki, bunu Ermənistanın terrorçu eks-prezidenti, hazırda həbsdə olan Robert Köçəryanın oğlu Levon Köçəryan “168.am” saytının “Pressinq” verilişinin efirində deyib.“Paşinyan 90-cı illərdə hərbi xidmətdən yayınan bir məxluqdur» -deyən L.Köçəryanın sözlərinə görə, 1 mart 2008-ci il hadisələri zamanı əsas fiqurlardan biri də eyni Nikol Paşinyan olub.
“O, nə etdi? Hər şeyi atdı və gecə qaçdı. Və uduzan namizəd Levon Ter-Petrosyan gəlmədi, etirazçılara qoşulmadı. Halbuki, meydana onun üçün toplaşan insanları sakitləşdirə bilərdi. Bütün bunlara Paşinyan rəhbərlik etdi. Fransa səfirliyinin yaxınlığında barrikadalar qurdu, siz özünüz də onların polisə nələr atdıqlarını gördünüz “-R. Köçəryanın oğlu belə deyib.
Sultan Laçın