04.12.2024

ERMƏNİLƏRDƏN AZƏRBAYCANA QARŞI DAHA BİR İFTİRA…


Ermənilər QARABAĞ MÜHARİBƏSİ HAQQINDA «CƏNNƏTİN QAPISI» ADLI FİLM ÇƏKMİŞLƏR.


Bu filmin premyerası yaxın günlərdə ermənilərin kompakt yaşadıqları ABŞ-ın QLEYNDEL şəhərində — «ALEKS» kinoteatrında keçiriləcək. Filmin rejissoru Civan Avetisyandr.


Xatırladım ki, filmin ilk premyerası bu ilin oktyabr ayında Ermənistanda və Qarabağda keçirilib. Filmdəki əsas hadisələr 2016- cı il APREL döyüşləri barəsindədir və qeyd edim ki, bu film artıq ermənilərin APREL döyüşləri haqqında çəkdikləri ikinci filmdir.


Filmin çəkilişləri Qağlıq QARABAĞDA, Ermənistanda və Litvada aparılıb. Filmin ərsəyə gəlməsinə, yəni istehsalına ƏSAS yardımçılar isə Ermənistan, Litva, Fransa, Almaniya və ABŞ ölkələri olmuşlar.


Ermənilərin bu filmləri yaymaqda əsas məqsədləri beynəlxalq ictimaiyyəti çaşdırmaq və Azərbaycana qarşı onlarda nifrət hissi oyatmaqdır. Təsəvvür etmək olar ki, həmin ölkələrdə bu filmə baxanlar bizə qarşı nələr fikirləşəcəklər.


Hər halda, mənim ermənilərə cavabım: « Bununla siz beynəlxalq ictimaiyyəti aldada bilməzsiniz. Bu saxta film üçün xərclədiyiniz məbləği yaxşı olardı ki, domiklərdə yaşayan kasıb ailələriniz üçün xərcləyəydiniz.» https://mamul.am/am/news/167676


Dostlar, sizdən xahişim odur ki, LİNK lə daxil olub mənim yazdığım ŞƏRHİ bəyənəsiniz.


İSMAYIL TANRIVERDİ

BDU-nun erməni araşdırmaları Elmi-tədqiqat və Tədris Mərkəzinin Böyük elmi işçisi.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: