21.11.2024

Qarabağ general-qubernatorluğunun yaradılmasından 100 il ötür

100 il bundan öncə 1919-cu ilin yanvar ayının 15 — də Azərbaycan Cümhuriyyəti höküməti tərəfindən Qarabağ general- qubernatorluğu yaranıb.

Azərbaycan Cümhuriyyəti hökuməti 1919-cu il yanvar ayının 15-də keçirmiş iclasında daxili işlər naziri Xəlil bəy Xasməmmədovun məruzəsini dinləyərək ətraflı müzakirə edir. Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzaları ərazilərinin hüdudlarında müvəqqəti general-qubernatorluq vəzifəsini təsis etmək və məruzədə göstərilən hüquq və vəzifələrin yerinə yetirilməsi vəzifəsinin də ona həvalə olunması barədə qərar qəbul edir. Müvəqqəti general-qubernator vəzifəsinə namizəd tapmaq, habelə general-qubernatorluq və onun yanında xalq milisinin saxlanılması üçün lazım olan vəsait xərclərinin smetalarının layihələrini hazırlamaq işi də daxili işlər nazirliyinə həvalə olunur.


Xosrov bəy Sultanov

Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarının müvəqqəti general-qubernatoru vəzifəsi əslən Qarabağdan olan, bu əraziyə və onun əhalisinə yaxşı bələd olan Azərbaycan Cümhuriyyətinin ilk yaradıcılarından və onun birinci hökumətində hərbi nazir olmuş Xosrov bəy Sultanova təklif edilir. Əvvəlcə o, bu təklifdən imtina edir. Bu vəzifəyə ikinci namizəd əslən Şimali Qafqazdan olan çar ordusu və inzibati-idarə sistemində uzun illər işləmiş rotmister Qud Qudyeviç olur. Lakin Azərbaycan türkcəsini bilmədiyi üçün bu namizəddən də imtina olunaraq yenidən Xosrov bəy Sultanova müraciət edilir və nəhayət onun razılığı alınır.

Müəllif: Elmar HƏSƏNLİ

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: