AVMVİB Gəncə şəhər Kəpəz rayon şöbəsində
AVMVİB Gəncə şəhəri Kəpəz rayon şöbəsi Gəncə şəhər 1 saylı peşə litseyində tədbir keçirib.
Tədbiri AVMVİB Gəncə şəhəri Kəpəz rayon şöbəsinin sədri Arzu Kərimov tədbiri açıq elan edib. Ənənəvi olaraq şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.
Arzu Kərimov Litsey rəhbərliyinə, şəxsən direktor Abbas Məmmədova təmənnasız dəstəyə görə, şöbə veteranları adından öz təşəkkürünü bildirib.
Tədbirdə əsasən N saylı Gəncə özünümüdafiə batalyonunun keçmiş döyüşçüləri iştirak edirdilər. Müharibə veteranları çıxış edərək döyüşlərdə göstərilən xidmətlərdən və veteranların hazırkı durumundan söz açdılar. Tədbirdə batalyonun komandiri olmuş Mehman Ələkbərovun və Azərbaycanın Milli Qəhrəmanı Şahlar Hüseynovun xatirəsi anıldı.
Daha sonra AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Əşrəf Fazili çıxış edərək, bölgə veteranlarının və rayon şöbələrinin fəaliyyəti haqqında məlumat verdi. Bölgədəki mövcud problemlərin həllində təşkilatın rolu və dövlətin müharibə veteranlarına qayğısının artması qeyd edilib. Ə. Fazili bundan sonra da belə tədbirlərin keçiriləcəyini qeyd etdi. Həmçinin bildirdi ki, dövlətimizlə, millətimizlə və Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın azad edilməsi yolunda hər birimiz birgə omalıyıq. Ona görə də hər birinizə bu yoda uğurlar və can sağlığı arzulayıram.
Rayon şöbəsinin üzvlərindən Azər Süleymanov, Çalpapaq ləqəbli Mahir Nağıyev və digərləri çıxış edərək belə tədbirlərin mütamadi keçirilməsinin vacibliyini qeyd ediblər.
Daha sonra söz alan müharibə veteranları da təkliflərlə çıxış etdilər. Litseyin direktoru Abbas Məmmədov öz çıxışında bildirdi ki, veteranlara daim öz dəstəklərini əsirgəməyəcəklər. Abbas Məmmədov bu cür tədbirlərin təşkilinə görə AVMVİB Kəpəz rayon şöbəsinin sədri Arzeu Kərimova öz minnətdarlığını bildirib.
Tədbirdə yeni üzvlərə üzvlük vəsiqəsi verilib və fəal müharibə veteranları təltif edilib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.